• Bakı 29° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

UNİCEF-dən xəbərdarlıq: Haiti səhiyyə sistemi çökür

CƏMİYYƏT

23 May 2024 | 11:37

UNİCEF-dən xəbərdarlıq: Haiti səhiyyə sistemi çökür

"Təhlükəli epidemiyalar və artan qida çatışmazlığı Haitinin səhiyyə sistemini çökdürür".

Bakıvaxtı.az "Reuters"ə istinadən bildirir ki, bunu UNİCEF-in Karib hövzəsi ölkəsindəki nümayəndəsi Bruno Maes deyib.

Onun sözlərinə görə, milyonlarla uşaq xəstəlik və qida çatışmazlığı riski altındadır:

"Ümumilikdə, ölkədə 4,4 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var. 1,6 milyon uşaq  qida çatışmazlığı ilə üzləşib. Məcburi köçkünlər üçün nəzərdə tutulan düşərgələrdə yaşayan uşaqlar və körpələr qeyri-gigiyenik mühitdə yaşayırlar. Bu, yoluxucu xəstəliklərin artmasına yol açır".

Maes qeyd edib ki, ölkədə yaşanan dərman qıtlğı xəstəliklərin daha da artmasına səbəb olur.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Iyun 2024