Bölgələrdə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı aylıq normanın 22-40 %-ni təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, gecə saat 03:00 radələrində Göygöl rayonu Üçtəpə kəndinə dolu düşüb.
“Bu gün bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Hazırda şərq küləyi əsir.”
G.Abbasovanın sözlərinə görə havanın temperaturu Aran rayonlarında 30-35 dərəcə isti, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək.
















