• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Uşaqlar üçün şəkər əvəzedicilərindən ehtiyatla istifadə olunmalıdır

CƏMİYYƏT

04 Mart 2026 | 15:17

Uşaqlar üçün şəkər əvəzedicilərindən ehtiyatla istifadə olunmalıdır

Uşaqlarda şəkər əvəzedicilərinin istifadəsi düzgün yanaşma tələb edir və əsas məqsəd əlavə şəkəri azaltmaqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, uşaqlarda karbohidrat qəbulu normal ölçüdə olmalıdır və şəkər tozu ən çox sevilən, amma faydasız qidalar sırasındadır.

“Əlavə şəkər uşaqlar üçün yaxşı qida deyil və ümumiyyətlə istifadəsi məhdudlaşdırılmalıdır”, - mütəxəssis qeyd edib.

Azad Əkbərzadə vurğulayıb ki, bazarda şəkər əvəzediciləri əsasən iki növdə olur: şəkər və fruktoza tərkibli təbii məhsullar, həmçinin kimyəvi tərkibli süni əvəzedicilər.

“Süni tərkibli əvəzedicilər gələcəkdə potensial sağlamlıq riskləri, məsələn, kanserogen təsirləri ilə bağlı narahatlıq doğurur. Ona görə də bu qidaları əvəz etməkdən çox, əlavə şəkəri azaltmaq daha önəmlidir”, - o bildirib.

Mütəxəssis əlavə edib ki, əslində uşaqlar üçün ən uyğun olanlar təbii şəkərli məhsullar, məsələn, qara şəkər və tam un məhsullarıdır.

“Bu məhsulların tərkibində liflər var və şəkərin qana daxil olma sürətini azaldır, beləliklə uşaqlar üçün daha sağlam seçimdir”, - deyə Azad Əkbərzadə qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR