• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

ÜST-dən İsrailə çağırış

DÜNYA

28 Mart 2024 | 08:52

ÜST-dən İsrailə çağırış

Qəzza zolağı İsrailin atəşi nəticəsində aclıqla üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) rəhbəri Tedros Adhanom Ghebreyesus “X”da bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Fələstin anklavına ərzaq və dərman çatdırılmasına icazə verməyə, həmçinin xəstəxanaları qorumağa çağırıb.

Qebreyesus İsraildən Qəzzada atəşi dayandırmağı və oraya humanitar yardım üçün tam çıxışı təmin etməyi tələb edib.

Qeyd edək ki, Fələstinin radikal HƏMAS hərəkatının nəzarətində olan administrasiyanın media ofisinin məlumatına görə, Qəzza zolağının 2 milyondan çox sakin kəskin qida, su, dərman və sığınacaq çatışmazlığından əziyyət çəkir.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Aprel 2024