Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə sahəsində ChatGPT kimi proqramlardan istifadə edərkən ehtiyatlı olmağa çağırıb.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, ÜST-ün açıqlamasında xəstəliklərin diaqnozu kimi sağlamlıq sahəsində süni intellektin istifadəsinin geniş vüsət aldığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, ChatGPT və Google Bard kimi Böyük Dil Modellərindən (LLM) istifadə edərkən ehtiyatlı olmaq lazımdır, çünki onlar qeyri-adekvat şəraitdə xəstəliyin diaqnozuna kömək etməklə yanaşı, həm də risklər daşıyır.
Bəyanatda ÜST-ün sağlamlıq tədqiqatlarına töhfə vermək üçün LLM-dən istifadə etməkdə "həvəsli" olduğu, lakin sınaqdan keçirilməmiş sistemlərin sürətlə mənimsənilməsinin səhvlərə səbəb ola biləcəyi və xəstələrə zərər verə biləcəyi vurğulanıb. Əlavə olaraq, LLM-nin ardıcıl şəkildə tətbiq edilməməsi ilə bağlı narahatlıqların olduğu və bu təcrübənin süni intellektə inamı da sarsıda biləcəyi qeyd edilib.
Bu texnologiyaların təhlükəsiz, təsirli və etik üsullarla istifadə edilməsi üçün vasvasılığın tələb olunduğuna diqqət çəkilərək süni intellektin qidalanması üçün istifadə edilən məlumatların yanlış informasiyalar yarada biləcəyi xəbərdarlığı edilib. LLM ictimaiyyət üçün etibarlı sağlamlıq məlumatlarından ayırd etmək çətin olan mətn, audio və ya video məzmun şəklində yüksək inandırıcı dezinformasiya hazırlamaq və yaymaq üçün sui-istifadə edilə bilər.
Ay Tac
















