• Bakı 19° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirildi

CƏMİYYƏT

17 Fevral 2024 | 10:06

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirildi

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin nümayəndələri ilə respublikanın ümumtəhsil orta məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə görüş keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə gənclərdə zabit peşəsinə marağın aşılanması, o cümlədən hərbi vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha səmərəli təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi rəhbərlərin təklifləri dinlənilib.

Milli Müdafiə Universitetinin təşviqat qrupunun zabitləri Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi, hərbi kolleclərə, eləcə də hərbi liseylərə qəbul qaydaları haqqında ətraflı məlumat verərək hərbi təhsil müəssisələrinin təminatından, sosial-məişət şəraitindən danışıb, eləcə də qəbulla bağlı sualları cavablandırıblar.

Görüşdə, həmçinin hərbi məktəblər haqqında videoçarxlar və hərbi vətənpərvərliyə dair filmlər nümayiş etdirilib.


Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirildiXüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026