"Polşa-Almaniya sərhədində bizi stadiona yerləşdiriblər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynadan Polşaya keçən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli "Facebook"da bildirib.
"Hava buz kimi soyuqdur" deyən S.Adıgözəlli normal bir şəraitin belə yaradılmadığndan şikayətlənib.
Dediyinə görə, onların üstünə avtomat tutaraq avtobusa mindiriblər.
Nuranə Daxilqızı
















