• Bakı 23° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

Üzərliksən, davasan... - Üzərliyin BİLMƏDİYİMİZ FAYDALARI

CƏMİYYƏT

23 Sentyabr 2022 | 02:24

Üzərliksən, davasan... - Üzərliyin BİLMƏDİYİMİZ FAYDALARI

Nənə-babalarımız evdə həmişə üzərlik saxlayar, ağrı və narahatlıq hiss edən kimi onun tüstüsünü “dərd dəvası” kimi istifadə edərdilər. Üzərliyin mistik gücünə inam müasir həyatımızda da ondan istifadə edilməsinə səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, üzərlikdən xalq təbabətində geniş istifadə edilir. Belə ki, toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir. Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.

Bitkinin yumru toxumları qırılır, bir qədər sarımsaq qabığı və duzla birlikdə ocaqda qızdırılmış dəmir parçasının üzərinə atılır.

Üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun yanması bəd nəzərin, kiməsə toxuna biləcək sədəmənin qarşısını alır. Əslində isə üzərlik yandıqca tərkibində olan maddələr insana xoş əhval-ruhiyyə bəxş edir.

Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.

Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir.

Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.

Bitkinin toxum və gövdəsində qiymətli boyaq maddəsi var. Həmin maddədən laboratoriya şəraitində yun və ipək məhsulları boyamaq üçün sarı, narıncı, yaşıl və s. rənglər alınır. Üzərliyin yağından sabun alınır.

Üzərliyin orqanizmə faydaları bunlarla da bitmir. 

Metabolizmin işini sürətləndirir, bağırsaqların sağlam işini təmin edir. Bağırsaqlarda bakteriya və qurdların yaranmasının qarşısını alır.

Yaz aylarında qrip və soyuqdəymənin müalicəsində fayda verir. Boğaz aörısı və infeksiyasını sağaldır.

Sidik kanalında yaranan iltihab və infeksiyaların sağalmasına fayda verir.

Xroniki baş ağrısı yaşayanların ağrılarını dindirməyə yardımçı olur.

Tənəffüs yolları problemləri olanların nəfəsini aır, tənəffüs darlığı və burun tıxanıqlığını aradan qaldırır.

Aytac Aslan


SON XƏBƏRLƏR

29 Sentyabr 2022