• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Vaksin olunmuşlarda "Omikron"un 5 əlaməti açıqlandı

CƏMİYYƏT

25 Yanvar 2022 | 04:35 | Müəllif: Qalib İbrahimoğlu

Vaksin olunmuşlarda "Omikron"un 5 əlaməti açıqlandı

Britaniyalı epidemioloq, professor Tim Spektor peyvənd olunmuş xəstələrdə koronavirusun "omikron" ştammının özünü necə biruzə verdiyini izah edib.

Bakıvaxtı.az xəbər verir ki. Spektor koronavirusa qarşı peyvənd olunanlarda "omikron"un beş simptomunu açıqlayıb. O bildirib ki, virus mutasiyası soyuqdəyməyə bənzər simptomlara səbəb olur. Bunlara burun axması, asqırma, yorğunluq, baş ağrısı və boğaz ağrısı daxildir.

Alim qeyd edib ki, "omikron" ştammına yoluxan xəstələrin yalnız yarısında qızdırma, öskürək və qoxu olmaması kimi xəstəliyin ümumi simptomları müşahidə olunub.

"Omicron, xüsusilə peyvənd olunmuş insanlarda daha çox soyuqdəymə kimi simptomlara və daha az ümumi sistem simptomlarına səbəb olur", - deyə Spektor vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026