• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Omikronun yüngül gedişatlı olmadığı sübut olundu - Məşhur həkim

CƏMİYYƏT

24 Fevral 2022 | 03:27 | Müəllif: Qalib İbrahimoğlu

Omikronun yüngül gedişatlı olmadığı sübut olundu - Məşhur həkim

Rusıyanın tanınmış həkimi, aparıcı Aleksandr Myasnikov Omikronun Rusiyada yüngül gedişli olmasını təsdiqləməyib.

Bakıvaxtı.az xəbər verir ki, o, Rossiya 1 kanalına açıqlamasında Omikronun çox yüngül olması barədə miflərə aydınlıq gətirib.

Həkimin sözlərinə görə, Omikronun yüngül gedişatı yalnız yüksək inkişaf etmiş dövlətlərdə və əhalisinin 80%-i kovid peyvənd olunmuş ölkələrdə qeyd olunub.(medicina.az)

“Omikron heç də hər ölkə üçün təhlükəsiz zəif deyil. Bizdə vaksinasiya çox aşağıdır, əhalisinin 50%-i peyvənd olunan istənilən dövlət üçün Omikron elə Kovidin digər əvvəlki ştamları kimi təhlükəlidir.

Omikron zamanı da saturasiyanın ciddi enməsi, günlərlə hərarət, sinir sistemi, beyin zədələnməsi olur.

Xəstələrdə qəfildən kəskin susuzlaşma, başgicəllənmə, zehnin dumanlanması baş verir. Bu kimi hallarda təcili həkimə müraciət etmək lazımdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR