• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Vaşinqton Rusiyaya təzyiqi artırmaq yollarını axtarır" - Blinken

DÜNYA

04 Dekabr 2022 | 20:15

Vaşinqton Rusiyaya təzyiqi artırmaq yollarını axtarır - Blinken

Vaşinqton Rusiyanı terrorizmin dövlət himayədarı kimi tanımadan ona təzyiqi artırmaq yollarını axtarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyasının belə ölkələr sırasına daxil olması gözlənilməz mənfi nəticələrə səbəb ola bilər.

Biz daim təzyiqi artırmaq üçün istifadə edə biləcəyimiz müxtəlif üsulları araşdırırıq. Biz Konqreslə  terrorizmin sponsoru siyahısına salınması ilə bağlı bəzi çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək qanun layihəsi üzərində işləyirik ” , - ABŞ Dövlət Departamentinin rəhbəri bildirib .

O, həmçinin əlavə edib ki, Vaşinqtonun Rusiyaya tətbiq etdiyi sanksiyalar dərhal təsir edir. Blinken zaman keçdikcə bunun yalnız gücləndiyini vurğulayıb.

Noyabrın sonunda ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter bildirib ki, ABŞ hakimiyyəti Rusiyanı terrorizmi himayə edən ölkələr sırasına daxil etmək niyyətində deyil. O, izah edib ki, bu halda Vaşinqtonun Ukraynaya humanitar yardım göstərməsinə maneələr yarana bilər və bu addım taxıl sazişinin həyata keçirilməsinə xələl gətirə bilər.

Avropa Parlamenti noyabrın 23-də Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qətnamə qəbul edib . Sənədi 494 deputat leyhinə, 58 deputat əleyhinə səs verib, 44 deputat bitərəf qalıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024