• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiya müharibəni bitirmək niyyətində deyil, əksinə...  -Stoldenberq

DÜNYA

03 Yanvar 2023 | 15:47

Rusiya müharibəni bitirmək niyyətində deyil, əksinə... -Stoldenberq

“Rusiyanın hücumları azalmayıb, ona görə də Qərb ölkələri uzunmüddətli perspektivdə Ukraynaya dəstəyini davam etdirməyə hazır olmalıdır”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun baş katibi Stoltenberq bildirib.

Rusiyadakı qismən səfərbərliyin Moskvanın müharibəni bitirmək niyyətində olmadığını göstərdiyini vurğulayan Stoltenberq bildirib ki, Ukrayna qoşunları son aylarda təcil qazanıb, lakin Rusiyanın yeni əsgərlər qəbul etdiyini və onlara təlim keçdiyini bilirik:

“Bu, onların həm müharibəni davam etdirmək, həm də yeni hücuma başlamaq istəyini göstərir. Ukraynaya təcili dəstək verməliyik. Bura hərbi dəstək də daxildir. Çünki bu, Rusiyanı danışıqlar masasına əyləşmək məcburiyyətində hiss etdirəcək və Ukraynanın müstəqil dövlət kimi Avropada mövcudluğunu qəbul etməyə imkan verəcək yeganə şeydir. Biz bilirik ki, Ukraynanın danışıqlar masası arxasında nə əldə edə biləcəyi tamamilə cəbhədəki vəziyyətdən asılıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026