Bu yaxınlarda Cənubi Koreya ilə hərbi əlaqələrini gücləndirəcəyini açıqlayan ABŞ-a Şimali Koreyadan cavab gəlib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyi iki ölkənin birgə hərbi təlimlərinə reaksiya verərək, ABŞ-ın "qırmızı xətti keçdiyini" bildirib.
ABŞ və Cənubi Koreyanın təşkil etdiyi hərbi təlimlərin bölgəni döyüş bölgəsinə çevirəcəyi irəli sürülən açıqlamada Şimali Koreyanın istənilən qısa və ya uzunmüddətli qarşıdurmaya “əzici nüvə gücü” ilə cavab verməyə hazır olduğu bildirilib.
Nuranə
















