• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Putindən orduya vacib tapşırıq - Marta qədər...

DÜNYA

02 Fevral 2023 | 14:08

Putindən orduya vacib tapşırıq - Marta qədər...

Rusiya Prezidenti Vladimir Putin qoşunlara mart ayına qədər Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirməyi əmr edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.

Onun sözlərinə görə, Rusiyanın kütləvi hücuma və ölkənin şərqini ələ keçirməyə yeni cəhdə hazırlaşdığına işarələr var.

“Biz müşahidə edirik ki, Rusiya qüvvələri şərqə əlavə hücum qrupları, bölmələr, silah və hərbi texnika yerləşdirir”, - kəşfiyyatçı bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR