• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Britaniya kralının ilk rəsmi səfərini hansı ölkəyə edəcəyi məlum oldu

DÜNYA

04 Mart 2023 | 09:40 | Müəllif: Subhan Mahmudov

Britaniya kralının ilk rəsmi səfərini hansı ölkəyə edəcəyi məlum oldu

Böyük Britaniya kralı III Çarlz taxt-taca əyləşdikdən sonra ilk rəsmi səfərini martın 26-da Fransaya edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə cümə günü Yelisey sarayına istinadən məlumat yayılıb.

Məlumata görə, III Çarlzın ilk dövlət səfəri dörd gün müddətində olacaq və martın 29-da başa çatacaq.

Səfər “Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq. Bildirilir ki, o, bir sıra mübahisələrdən sonra Fransa - Britaniya münasibətlərindəki mehribanlığı bərpa etmək niyyətindədir.

Fransa mənbələrinə görə, kraldan öncə martın 10-da Böyük Britaniyanın Baş naziri Rişi Sunak Parisə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026