Norveçin Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Türkiyə XİN-ə çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, sabah Norveçdə yenidən Quran yandırılması ilə müşaiyət olunan aksiya keçiriləcəyi barədə xəbər alınması səbəbilə bu ölkənin səfiri XİN-ə çağırılıb.















