• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Vəba kabusu: Ölənlərin sayı artır

DÜNYA

23 Dekabr 2022 | 09:21

Vəba kabusu: Ölənlərin sayı artır

Vəba epidemiyası bütün dünyada yayılmaqda və insanların həyatına son qoymaqda davam edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, vəba Vibrio cholerae adlı bakteriyanın törətdiyi bağırsaq infeksiyası ilə əlaqəli olan, kəskin və şiddətli ishal ilə irəliləyən, xüsusilə aclıq və müharibə bölgələrində tez-tez rast gəlinən bir xəstəlikdir.

Məlumata görə, Malavi gölünün sahilindəki ən böyük turizm mərkəzi Manqoçi və ölkənin ikinci böyük şəhəri Blantir epidemiyadan ən çox təsirlənən bölgələrdir.

Manqoçidə indiyədək 3 min 698 yoluxma aşkar edilib, 71 nəfər isə ölüb.

Vəbaya qarşı peyvəndin ikinci mərhələsi Blantyre və Manqoçidə başlamayıb, lakin bəzi klinikalar may ayında əvvəlki peyvənd kampaniyasından qalan peyvənd dozalarını tətbiq ediblər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ay Malaviyə 2,9 milyon doza vəba peyvəndi göndərib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026