• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ukrayna 150 min hərbçisini itirib - İDDİA

DÜNYA

21 Yanvar 2023 | 22:27 | Müəllif: Subhan Mahmudov

Ukrayna 150 min hərbçisini itirib - İDDİA

Ukrayna Silahlı Qüvvələrinin 150.000 hərbçisi həlak olub. 

Bakıvaxtı.az xəbər verir ki,  bunu ABŞ ordusunun təqaüdçü polkovniki və Virciniya ştatı Senatının keçmiş üzvü Riçard Blek deyib. 

Amerikalı ekspertin fikrincə, Qərbdə Ukraynada “sızdırılmış” “sənəd var idi” və orada “təxminən 35 min”, “qəbiristanlıqlar və meyitxanaların qeydləri”ndə isə 200 min nəfər itkin düşmüş kimi göstərilib.

“Bunlar altı həftə əvvəlki rəqəmlərdir. Düşünürəm ki, döyüş meydanında 150.000 ölü var”, - Blek bildirib.

Daha əvvəl Donetsk Xalq Respublikasının başçısı səlahiyyətlərini icra edən Denis Puşilin Demokratik Xalq Respublikasında Soledar şəhərinin ələ keçirilməsi nəticəsində Ukrayna Silahlı Qüvvələrinin itkilərinin “minlərlə” olduğunu bildirib.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026