• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Venesuelada müxalifət liderlərinə qarşı cinayət işi açılıb

DÜNYA

06 Avqust 2024 | 14:27

Venesuelada müxalifət liderlərinə qarşı cinayət işi açılıb

Venesuela Baş Prokurorluğu müxalifət nümayəndələrinə qarşı istintaqa başlayıb.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab "X" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, Venesuela Baş Prokurorluğu prezidentliyə keçmiş namizəd Edmundo Qonzales və müxalifət lideri Korina Maçadoya qarşı qiyamın qızışdırılmasında şübhəli bilinərək cinayət işi açıb. 

Qeyd edək ki, Venesuelada Nikolas Maduronun prezident seçkilərində qalib gəlməsindən sonra kütləvi etirazlar geniş vüsət alır . Toqquşmalar müxalifətin səsvermənin nəticələrindən narazılığı səbəbindən başlayıb. Bundan başqa, Avropa İttifaqının 7 ölkəsi, o cümlədən, İspaniya, Portuqaliya, İtaliya, Fransa, Almaniya, Hollandiya və Polşa Venesuela hakimiyyətini prezident seçkilərinin protokollarını dərc etməyə çağırıb.

Gülşən Şərif


 


SON XƏBƏRLƏR

14 Yanvar 2025