• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Münhendə HADİSƏ: İsrailin Baş Konsulluğunun...

DÜNYA

05 Sentyabr 2024 | 13:34 | Müəllif: Əli Hüseynov

Münhendə HADİSƏ: İsrailin Baş Konsulluğunun...

Münhendəki İsrail Baş Konsulluğu yaxınlığında polis bir nəfəri güllələyib.

Bakıvaxtı.az xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, şübhəli şəxs şəhərin mərkəzindəki İsrail Baş Konsulluğunun yaxınlığında, nasist rejiminin cinayətlərini əks etdirən muzeyin yaxınlığında polis tərəfindən güllələnib.

Münhen polisinin verdiyi açıqlamada polisin şübhəli şəxsə atəş açdığı bildirilsə də, ətraflı məlumat verilməyib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Faktla bağlı araşdırma aparılır.

Əli Hüseynov

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026