Ukrayna Almaniyaya münaqişəni dayandırmaq üçün konkret addımlar təqdim edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında bildirib.
Məlumata görə, Ukrayna Almaniyanın Ramşteyn bazasında təmas qrupunun görüşünə hazırlaşır və bu görüşdə münaqişəyə son qoymaq üçün konkret addımlar təqdim olunacaq.
Qeyd olunub ki, bu formatda görüş oktyabrın 12-də baş tutacaq.
Zelenskinin sözlərinə görə, bu, 25-ci, lakin liderlər səviyyəsində ilk görüş olacaq.
Mina Mikayılova