Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.
Bakıvaxtı.az xəbər verir ki,açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatıb.
***
13:47
Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Bu mərhələdə Vəngli kəndinə 28 ailə - 112 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
12:01
Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə kəndə 28 ailə (112 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatacaq.