• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq

CƏMİYYƏT

08 Noyabr 2025 | 12:49

Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq

Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

Bakıvaxtı.az xəbər verir ki, muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş "Dəmir yumruq" instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur.

Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərin adları var.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.


SON XƏBƏRLƏR

07 Noyabr 2025