Efirlərimizdə ləhcələşmə yayılır. Bu hallar olmamalıdır. Dilimizi yüksəltmək, təkan vermək lazımdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışı zamanı deyib.
O əlavə edib ki, ölkə başçısı dilimizin çağdaşlaması istiqamətində çağırış edirsə, bu, bizim gördüyümüz və görmədiyimiz həqiqətlərin olması deməkdir.
"Güman edirəm ki, istər təhsil müəssisələri, media nümayəndələri, istərsə də ictimai fiqurlar bu istiqamətdə addımlar atacaq", - Rafael Hüseynov bildirib.
Əli Hüseynov
Bakı 



