• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Lökbatandakı Narkoloji Mərkəzin təmirinə nə vaxt başlanılacaq? - RƏSMİ CAVAB

CƏMİYYƏT

08 Dekabr 2025 | 11:50

Lökbatandakı Narkoloji Mərkəzin təmirinə nə vaxt başlanılacaq? - RƏSMİ CAVAB

Lökbatanda yerləşən Narkoloji Mərkəzin təmir işlərinə 2026-cı ilin əvvəlində başlanılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətindən məlumat verilib.

Bildirilib ki, Lökbatanda yerləşən Narkoloji Mərkəzin əsaslı təmiri ilə bağlı elan edilən tender prosesi başa çatıb və qalib müəyyən edilib.

“Təmir başa çatdıqdan sonra müəssisə istifadəyə veriləcək və burada tibbi xidmətlərin təşkili təmin olunacaq”, - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR