• Bakı 12° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Şagirdlərdən dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik - Nazir

CƏMİYYƏT

08 Dekabr 2025 | 11:50

Şagirdlərdən dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik - Nazir

"Dillə bağlı müxtəlif müzakirələr ayrı-ayrı tədqiqatlara əsaslananmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib.

Nazir diqqətə çatdırıb ki, dil duyumunun formalaşması, dildən səriştəli istifadə, dilin yaradıcı vasitə kimi istifadə edilməsi Azərbaycan dilinin tədrisində əsas elementlərdir.

"Şagirdlərdən dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik. Ona görə də, həmin şagirddə bacarıqlar formalaşdırılmalıdır. Bu isə siyasi-ictimai yox, pedaqoji prosesdir",- E.Əmrullayev bildirib.

Onun sözlərinə görə, tədris dilindən asılı olmayaraq hər bir şagird Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Dekabr 2025