• Bakı 12° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Vətən müharibəsindən bəhs edən “44” filminin çəkilişləri başa çatdı

CƏMİYYƏT

06 Noyabr 2025 | 17:00

Vətən müharibəsindən bəhs edən “44” filminin çəkilişləri başa çatdı

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin çəkilişləri bu gün uğurla başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib.

O bildirib ki, filmin çəkilişləri 4 il ərzində həyata keçirilib:

“Qarşıdakı post-prodakşn mərhələsində bizi hələ ciddi və məsuliyyətli işlər gözləyir. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu”.


SON XƏBƏRLƏR