• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Videokamera taxan ilk hakim oldu - FOTO

İDMAN

07 May 2024 | 10:52

Videokamera taxan ilk hakim oldu - FOTO

İngiltərə Premyer Liqasının 36-cı turunda keçirilən “Kristal Pelas” – “Mançester Yunayted” matçında (4:0) hakim Carred Cillett başına “RefCam” kamerası taxıb.

Bakıvaxtı.az  “Sky Sports”a istinadən xəbər verir ki, Cillettin kamerasından çəkilən görüntülər ilin sonunda Premyer Liqada hakimliyin tələbləri ilə bağlı əlavə fikir təklif etmək məqsədi daşıyır. Buna görə də görüntülər canlı yayımlanmayıb.

Bununla da referi Carred Cillett İngiltərə Premyer Liqasında videokamera taxan ilk hakim olaraq tarixə keçib.

Qeyd edək ki, bu sxem hər iki klub, Beynəlxalq Futbol Assosiasiyaları Şurası və Premyer Liqa tərəfindən təsdiqlənib.


SON XƏBƏRLƏR

18 May 2024