• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Millimiz Avropa çempionatında 1/4 finala yüksəldi

İDMAN

05 Iyun 2024 | 20:39

Millimiz Avropa çempionatında 1/4 finala yüksəldi

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Bolqarıstanla qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Komandamızın heyətində 7-ci dəqiqədə Ramiz Çovdarov, 31-də Təmkin Xəlilzadə, 45-ci dəqiqədə isə Rəvan Kərimov fərqlənib. Rəqibin görüşdəki yeganə qolu isə 21-ci dəqiqədə Yavor Gençevdən gəlib.

Qeyd edək ki, Elşad Quliyevin komandasının 1/4 finaldakı rəqibi Qazaxıstan yığması olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026