• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

UEFA Ronaldunu cərimələdi

İDMAN

05 Iyul 2024 | 11:08

UEFA Ronaldunu cərimələdi

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu Almaniyada təşkil olunan Avropa çempionatında UEFA qaydalarını pozaraq reklam verməkdə ittiham olunur.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, "Whoop" şirkəti AVRO-2024-də Sloveniya yığması ilə 1/8 final matçında (0:0, penalti seriyasında 3:0) hücumçunun məlumatlarını dərc edib.

Penaltilər seriyasında forvardın nəbzi dəqiqədə 180-dən 100-ə düşüb və Bernardu Silvanın həlledici zərbəsi zamanı 180-ə yüksəlib.

Turnirin sponsorlarının fikrincə, Ronaldu və şirkət cərimə olunmalıdır.

Qeyd edək ki, oyunçu "Whoop"un investoru və səfiridir. AVRO-2024 iyulun 14-də başa çatacaq.


SON XƏBƏRLƏR

07 Iyul 2024
06 Iyul 2024