• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Xetafe" "Real"ın futbolçusunu transfer etdi

İDMAN

05 Iyul 2024 | 10:30

"Xetafe" "Real"ın futbolçusunu transfer etdi

İspaniyanın "Xetafe" klubu "Real"ın yarımmüdafiəçisi Peter Federikonu transfer edib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, P.Federiko 2023/2024 mövsümünün ikinci hissəsində "Valensiya" klubunda icarə əsasında çıxış edib. O, komandanın heyətində keçirdiyi 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Dominikanlı futbolçu “Real" klubunun əsas heyətində ümumilikdə 24 dəqiqə (əlavə vaxt nəzərə alınmadan) meydanda olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026