• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Vurulan vaksinlərin ümumi sayı 14 milyona çatır

CƏMİYYƏT

09 Iyun 2023 | 20:42

Vurulan vaksinlərin ümumi sayı 14 milyona çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 068, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 963, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 199, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 246 nəfər təşkil edir.


SON XƏBƏRLƏR

18 Mart 2024