• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

BQXK Azərbaycanda saxlanılan ermənilərə baş çəkdi

CƏMİYYƏT

09 Iyul 2023 | 13:49 | Müəllif: Subhan Mahmudov

BQXK Azərbaycanda saxlanılan ermənilərə baş çəkdi

İyun ayının sonu və iyul ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları saxlanılan Ermənistan vətəndaşlarına yenidən baş çəkiblər.

Bakıvaxtı.az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın verdiyi məlumata görə, Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.

    Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026