• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ETSN-dən isti hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

CƏMİYYƏT

08 Avqust 2023 | 13:08 | Müəllif: Qalib İbrahimoğlu

ETSN-dən isti hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

Hazırda ölkə ərazisində isti hava müşahidə olunur.  Əksər rayonlarda hava yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə, o cümlədən Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Bakıvaxrı.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

    Onun sözlərinə görə, cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisinə təsiri nəticəsində həftə sonuna qədər havanın temperaturunun Bakı və Abşeronda 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

    G.Məmmədova qeyd edib ki, durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər: "Bu əhali üçün əlverişsizdir. İsti hava şəraitində bol-bol maye qəbul etməsi məsləhət görünür, uzun müddət açıq havada günəş altında qalmaq tövsiyə olunmur".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026