• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qeyri-sabit hava bu tarixədək davam edəcək 

CƏMİYYƏT

07 Sentyabr 2023 | 12:32

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 10-dək davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkənin dağ çaylarında sel təhlükəsi qalmaqdadır: "Bu müddət ərzində Balakən, Şəki, Oğuz, Dağlıq Şirvan, Quba, Qusar, Daşkəsən, Gədəbəy, Gəncə, Lənkəran, eyni zamanda Qarabağ, Şərqi Zəngəzur ərazisindən axan çaylarda sel gözlənilir. Əhaliyə müraciət edərək onları bu müddət ərzində ehtiyatlı olmağa səsləyirik. Çay yataqlarına yaxınlaşmasınlar. Çünki bu onların həyatına təhlükə yarada bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026