• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Vüsalənin yolunu kəsdi, qəza şəraiti yaratdı

MƏDƏNİYYƏT-ŞOU

02 Dekabr 2022 | 23:59

Vüsalənin yolunu kəsdi, qəza şəraiti yaratdı

Aparıcı Vüsalə Əlizadə Daxili İşlər Nazirliyinə müraciət edib. 

Bakıvaxtı.az olay-a istinadən bildirir ki, buna səbəb isə onun yolda başına gələn xoş olmayan hadisə olub. Belə ki, bu barədə Vüsalə instaqramda video paylaşıb. O bildirib ki, avtomobil idarə edərkən tanımadığı şəxs yolunu kəsməyə çalışıb:

"2 saat öncə şəhərdə tıxac əlindən addım atmaq olmur və yol açılır, hava limanı yoluna çıxıram. Birinci yoldan işarə edib yol almaq istəyirəm, görün bu alçaq başıma nə oyun açır, necə yolumu kəsir! Yolumu kəsməyi bəs deyil, əl-qol çıxarıb bağırır, təhqir edir!

Avtomobildə tək olsaydım, mənə bu qədər təsir etməzdi. Anamı əməliyyatdan çıxarıb evə gətirirəm, ağrısı çox dəhşətlidir, dözə bilmir. Bu tərbiyəsiz kimdirsə yol hərəkəti qaydasını pozmağı bəs deyil, mənə də qəza şəraiti yaradır! Bu, məcbur olub telefonla çəkdiyim videonun az hissəsidir. Tam video avtomobilimdəki kamerada var... Çox rica edirəm, bu tərbiyəsizi tapıb tədbir görəsiniz və etdiyi şərəfsizliyə görə üzr istəsin! Ölkəmin polisinə güvənirəm, inanıram ki, şikayətimə tez bir zamanda baxılacaq".


SON XƏBƏRLƏR

19 Aprel 2024