• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Fatimədən Xuramana SƏRT CAVAB

MƏDƏNİYYƏT

29 Dekabr 2022 | 10:29

Fatimədən Xuramana SƏRT CAVAB

Rəqqasə Fatimə Fətəliyeva Xuraman Şuşalının "Məni nə rəqqasə, nə də şair ilə müqayisə edin" sözlərinə cavab verib. 

Bakıvaxtı.az xəbər verir ki, dənətçi "Özəl" proqramında ifaçının dediyi sərt sözlərə əsəbiləşdiyini etiraf edib:

"Peşəkarlardan dərs alıb, müğənnisənsə, müğənni kimi fəaliyyət göstər. Xına aparırsansa, bu işin içindəsən demək. Biz bu biznesin içindəyik və hərənin öz peşəsi var. Dediyi yaxşı çıxmadı. Bir damcı xınadan nə qədər insan evinə ruzi aparır. Allah Xuramana ruzi verib. Vaxtilə açıq-saçıq geyinən müğənnilərdən idi. Allah ürəyinə sevgi verdi, cəsarətli olub hicab bağladı. Bağlanandan sonra Allah ona ruzi verib. Xına biznesdir, adət-ənənədir. Sən müğənnisənsə, mən də rəqqasəyəm".

Qeyd edək ki, Xuraman "İstəmirəm məni xına aparıcıları ilə müqayisə etsinlər. Məqsədim var, müəllimlərimin əməyini tapdalaya bilmərəm. Tək xına aparıcısı qalsam, haqlarını itirmiş olaram. Məni nə rəqqasə, nə şair ilə bir qoymayın. Xınayaxdıya yarım saatlıq gedirəm" sözlərini söyləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026