• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“WhatsApp”dan böyük YENİLİK: Süni intellektli robot gəlir

Multİmedia

25 Noyabr 2023 | 00:30

“WhatsApp”dan böyük YENİLİK: Süni intellektli robot gəlir

"WhatsApp"a süni intellektli chatbot funksiyası əlavə edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, "WhatsApp" 2.23.24.26 beta versiyasında söhbətlər bölməsində yeni qısayol vasitəsilə əldə edilə bilən bu chatbot istifadəçi təcrübəsini kökündən dəyişdirməyi hədəfləyir. Bu yeni xüsusiyyət istifadəçilərə gündəlik tapşırıqlarını daha asan idarə etməyə imkan verəcək.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir./teleqraf.com


SON XƏBƏRLƏR

26 Iyul 2024