• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Google” qeyri-aktiv hesabları siləcək

MULTİMEDİA

26 Noyabr 2023 | 09:54 | Müəllif: Subhan Mahmudov

“Google” qeyri-aktiv hesabları siləcək

Dekabrın ilk günlərindən etibarən “Google” bir sıra xidmətlər üçün aktiv olmayan istifadəçi hesablarını silməyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə şirkət öz bloqunda xəbərdarlıq edib.

Yeni qaydalar “Gmail” sahiblərinə, sənədlərin yaradılması xidmətinə, disk yaddaşına, “Meet” audio zəng və videokonfrans xidmətinə, təqvim planlaşdırıcısına, həmçinin fotoşəkillər hostinqinə təsir edəcək.

Son iki ildə öz hesablarına daxil olmayan istifadəçilər onlara girişi itirəcəklər.

“Google” bu tədbiri şirkətin serverlərində yerin boşaldılması və məlumatların təhlükəsizliyinin artırılması ilə izah edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026