Xəbər verdiyimiz kimi, bu gündən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə dair meyarlar içərisində proqram üzrə mövzunu təqdimetmə bacarığı, təhsilalanları qiymətləndirmə bacarığı, özünü təqdimetmə bacarığı, pedaqoji prosesi təşkiletmə bacarığı və ünsiyyət bacarığı yer alır.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə və mətbuatda xarici dil müəllimlərinin tədris etdikləri fənn dilinə uyğun müsahibələrə cəlb olunub-olunmayacağı müzakirə olunan məsələlərdən biridir.
Elm və Təhsil Nazirliyindən "azedu.az"a bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində xarici dil fənn müəllimlərinin tədris etdikləri dil üzrə müsahibəyə cəlb olunması nəzərdə tutulmayıb.