Bu ilin yanvar-sentyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 274 532 cərrahi əməliyyat və prosedur (251.578 stasionar, 22.954 ambulator olmaqla) icra olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, tibbi müəssisələrində bu ilin yanvar-sentyabr ayları üzrə ümumilikdə 17 979 237 müraciət qeydə alınıb. Bunlardan 446.065-i stasionar, 17.533.172-si ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.
2024-cü ilin ilk 9 ayı üzrə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 61.794.180 (8.277.201 stasionar, 53.516.979-u ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 59%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25% artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. 2024-cü ilin ilk 9 ayı ərzində 24.653.322 laborator müayinələr aparılıb ki, onların da 3.830.336-sı stasionar, 20.822.986-sı ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 123%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40% artıb.
Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. Yanvar-sentyabr ayları ərzində 274.532 cərrahi əməliyyat və prosedur (251.578 stasionar, 22.954 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 16%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9% artıb.


jpg-1728452811.jpg)













