• Bakı 10° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Azərbaycanda altıgünlük bayram tətili başladı

CƏMİYYƏT

08 Noyabr 2024 | 00:00

Azərbaycanda altıgünlük bayram tətili başladı

Bugündən Azərbaycanda altıgünlük bayram tətili başlayır.

Bakıvaxtı.az xəbər verir ki, ölkədə 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür.

Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.

Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 12-si və 13-ü iş günləri ilə müvafiq olaraq noyabrın 16-sı və 23-ü istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.


SON XƏBƏRLƏR