• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Astarada qatar yoluna çıxan piyadadan XƏBƏR VAR

CƏMİYYƏT

07 Dekabr 2024 | 14:16 | Müəllif: Subhan Mahmudov

Astarada qatar yoluna çıxan piyadadan XƏBƏR VAR

Astarada qatarın vurduğu piyadanın son vəziyyəti ilə bağlı Lənkəran rayon Mərkəzi Xəstəxanası açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirilib ki, 07.12.2024-cü il tarixində saat 03:25 radələrində Astara rayonu Böyük Şahağacı kəndində baş vermiş hadisə nəticəsində 1 nəfər (kişi cınsli) sağ ayağın topuq nahiyəsinin amputasiyası, sol ayaq barmaqlarının travmatik amputasiyası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq dərhal cərrahi əməliyyata alınıb, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Vəziyyəti ağır qiymətləndirilir./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026