• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu gün geomaqnit qasırğası olma ehtimalı var

CƏMİYYƏT

06 Yanvar 2025 | 13:38

Bu gün geomaqnit qasırğası olma ehtimalı var

Günəşdə fəallığın artması səbəbi ilə 01 yanvarda geomaqnit qasırğası başlamış və G4 (şiddətli qasırğa) səviyyəsinədək yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bəbabərdir və kosmik hava aktivdir.

Bu barədə Bakıvaxtı.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Bildirilib ki, geomaqnit sahəsi - müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınları 08 yanvaradək təsir göstərəcək. Əlavə olaraq 06 yanvarda baş vermiş TKA-nın təsiri ilə gün ərzində G1-G2 səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR