“Tibbi müalicəsini almaq üçün bəzi vətəndaşlar xaricə üz tuturlar. Kadrlarımız və müasir xəstəxanalarımız imkan verir ki, vətəndaşlarımız ölkəmizdə müalicə alsın. Hansı xidmət ölkəmizdə yoxdursa, gələcəkdə bu xidmət təşkil olunacaq”.
Bakıvaxtı.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra Vüqar Qurbanova bildirib.
O qeyd edib ki, tibbi xidmətlərin keyfiyyətli və əlçatan olması üçün işlər görülür: “Bu işləri həyata keçirmək üçün medianın bizim işimizə dəstək verməsinə ehtiyac var. Xatırlayıram ki pandemiya başlayanda media bizim yanımızda olmasa, COVİD-19-a qarşı mübarizə tədbirləri qısa zamanda effektiv olmazdır. Odur ki medianın fəaliyyətinə və dəstəyinə ehtiyacımız var”.
Ramid İbrahimov


png-1658236003.png)

