• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Uşaqlarda piylənməyə erkən müdaxilə vacibdir

CƏMİYYƏT

18 Avqust 2022 | 14:36

Uşaqlarda piylənməyə erkən müdaxilə vacibdir

Bakıvaxtı.az xəbər verir ki, Doruk Yıldırım Xəstəxanasının Dietoloqu Merve Ceren Saray uşaqlarda piylənmənin bir çox səbəbinin olduğunu deyib:

“Ətraf mühit faktorları, genetika, düzgün qidalanmama, vərdişlər kimi faktorlar uşaqlarda piylənməyə səbəb olur. Ona görə də uşaqlıqdan piylənmənin artmasının qarşısını almaq üçün tədbirlər görmək lazımdır. Bədən kütləsi indeksi (BMI) uşaqlarda piylənməni təyin etmək üçün istifadə olunur. Yetkinlərdən fərqli olaraq, uşaqlarda bədən kütləsi indeksinin piylənmə üçün sabit bir dəyəri yoxdur. Oğlanlarda və qızlarda yağ miqdarı fərqlidir”.

“Bundan əlavə, yaş artdıqca bədən yağının miqdarı da dəyişir. Bu səbəblə uşaqlar yaş və cinsə xüsusi persentillərdən, yəni böyümə əyrilərindən istifadə edilərək bədən kütləsi indeksinə görə qiymətləndirilir. Persentil dəyərlərini müəyyən etmək üçün uşağın boyu, çəkisi və baş ətrafı ölçülür. Bu ölçmələrlə əldə edilən dəyərlərə baxılaraq uşağın yaşına və cinsinə görə boy artımı, çəki artımı və baş ətrafı böyümə sürətinin normal diapazonda olub olmadığı müəyyən edilir.

Persentilin necə qiymətləndirildiyini araşdırsaq, 0-10 faizlik dəyər diapazonu uşağın yaşıdları ilə müqayisədə çəkisinin az və ya uzun olduğunu göstərir. 95-ci faiz və yuxarı göstəricilər onun piylənməni göstərən bir dəyər olduğunu və nəzarət altına alınması lazım olduğunu göstərir”.

Həkim qeyd edib ki, uşaqlarda piylənmənin erkən diaqnostikası, səbəbləri və müşayiət olunan xəstəliklərin müəyyən edilməsi və erkən müdaxilələr yetkinlikdə kökəlmə probleminin və onun gətirəcəyi sağlamlıq problemlərinin qarşısını ala bilər.

Aytac Aslan

 

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026