• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Xələf Xələfov Lavrovla görüşdü

SİYASƏT

09 Aprel 2025 | 18:41 | Müəllif: Subhan Mahmudov

Xələf Xələfov Lavrovla görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilib.

"Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub", - qurumdan bildirilib.

Məlumata görə, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyinə daxil olan əsas məsələlər və 2025-2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin vəzifələri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026