• Bakı 20° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Xəstəxana körpələri səhv saldı, anaya başqasının uşağı verildi

DÜNYA

18 Aprel 2024 | 10:36

Xəstəxana körpələri səhv saldı, anaya başqasının uşağı verildi

İngiltərə Universitet Xəstəxanaları (Dorset NHS Foundation Trust England)"körpənin yanlış anaya verildiyi" bir hadisəni araşdırıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Meysi Bet adlı ana İzabel adlı körpəni dünyaya gətirdikdən sonra onun fototerapiyaya ehtiyacı olduğu üzə çıxıb.

Körpə iki saatdan bir nəzarət edilən otağa yerləşdirilib. Ardından Bet uşağı götürmək üçün mama tərəfindən ofisə çağırılıb. O, ona verilən körpəni otağına aparıb və uşaq bezini dəyişməyə başlayanda başqasının oğlunu qucağında tutduğunu anlayıb.

İş materiallarında olan məlumata görə, mama 22 yaşlı Betin körpənin anasına oxşadığını və bu səbəbdən onları çaşdırdığını etiraf edib.

University Hospitals Dorset NHS Foundation Trustun saytında verilən açıqlamada qeyd olunur ki, 2023-cü ilin sentyabrında doğum şöbəsində körpənin səhv anaya verilməsi ilə bağlı hadisə araşdırıləb: “Baş verən hadisəyə görə təəssüflənirik. Zərər çəkmiş ailələrə tam dəstək verməyə hazırıq".

Ay Tac


SON XƏBƏRLƏR

30 Aprel 2024