• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

HƏMAS komandiri ÖLDÜRÜLDÜ

DÜNYA

18 May 2024 | 00:16 | Müəllif: Subhan Mahmudov

HƏMAS komandiri ÖLDÜRÜLDÜ

Fələstinin HƏMAS hərəkatının komandiri Livanın şərqindəki Bekaa əyalətinin Əl-Məsna bölgəsində İsrailin hava hücumu nəticəsində həlak olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livandakı hərbi mənbə məlumat verib.

Mənbənin məlumatına görə, İsrailə məxsus PUA Livan-Suriya sərhədi yaxınlığında yerləşən Əl-Məsna bölgəsində magistral yolda avtomobili vurub.“Zərbə HƏMAS-ın Bekaa bölgəsinə rəhbərlik edən komandiri Şurahbil əs-Seyidin ölümü ilə nəticələnib”, - mənbə bildirib.

Mənbə əlavə edib ki, HƏMAS komandirindən başqa onun müşayiətçilərindən biri də öldürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026