• Bakı 24° C

    19.53 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Qəzzada ölənlərin sayı 37 mini ötdü

DÜNYA

16 Iyun 2024 | 20:53

Qəzzada ölənlərin sayı 37 mini ötdü

2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 37,3 mini keçib, daha 85,3 mini isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi Teleqram kanalında məlumat yayıb.

"Ötən ilin oktyabrından İsrailin Qəzzaya hücumu nəticəsində qurbanların sayı 37 min 337 nəfərə yüksəlib, daha 85 min 299 nəfər yaralanıb", - məlumatda deyilir.

Qeyd olunur ki, son 24 saat ərzində İsrail hərbçilərinin hücumları nəticəsində 41 fələstinli ölüb, daha 102 nəfər yaralanıb.


SON XƏBƏRLƏR

25 Iyun 2024